Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və Ukraynanın 119 vətəndaşına qarşı şəxsi sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayıb.

Leqal.info xəbər verir ki, müvafiq sənəd dövlət başçısının aparatının saytında dərc olunub.

Belə ki, digərləri arasında “Russia Today” xəbər agentliyinin rəhbəri Dmitri Kiselev, RT telekanalının baş redaktoru Marqarita Simonyan, teleaparıcı Janna Badoeva, rejissor Nikita Mixalkov, müğənnilər Filipp Kirkorov, Sergey Lazarev və Anna Netrebko, rəssam Yevgeni Petrosyan, filosof Aleksandr Duqin, politoloqlar Timofey Bordaçov, Fedor Lukyanov və Dmitri Trenin, eləcə də hazırda Sankt-Peterburq “Zenit”inin məşqçilər korpusunda yer alan Ukrayna milli futbol komandasının sabiq kapitanı Anatoli Timoşçuk.

Siyahıda olanlar bütün mükafatlarından məhrum ediləcək, ölkəyə girişi qadağan ediləcək, hesabları bloklanaraq iqtisadi və maliyyə öhdəliklərinin icrası dayandırılacaq.

Bundan əvvəl Zelenski kanonik Ukrayna Pravoslav Kilsəsinin 13 keşişinin vətəndaşlığını dayandırıb.
Elvin Mahmudlu
Leqal.info