Almaniyanın yeni müdafiə naziri olan Boris Pistorius Bundestaqda and içərək fəaliyyətə başlayıb

Leqal.info xəbər verir ki, o, sözügedən vəzifəyə yanvarın 17-də Kristin Lambrext istefa verdikdən sonra təyin olunub.
1960-cı ildə anadan olan Pistorius 2006-2013-cü illərdə Osnabrük şəhərinin meri, 2013-cü ildən isə Aşağı Saksoniya Daxili İşlər Nazirliyinin rəhbəridir. O, eyni zamanda Almaniya Sosial Demokrat Partiyasının üzvüdür.
Elvin Mahmudlu
Leqal.info