Ermənistanın ombudsmanı Kristine Qriqoryan sosial media hesablarında bu gün 2-ci dəfə istefa ərizəsini təqdim etdiyini açıqlayıb.

Leqal.info xəbər verir ki, sözügedən istefaya getmə barədə qərar Ermənistan Ali Məhkəmə-Hüquq Şurasında işləməyə keçməklə əlaqədardır.
Ermənistan qanunvericiliyinə görə, ombudsman ilk istefa ərizəsinin verilməsindən bir həftədən gec olmayaraq ikinci ərizəni təqdim etdiyi təqdirdə, onun səlahiyyətləri ləğv edilir.
Qeyd edək ki, Qiqoryan birinci istefa ərizəsini ötən gün Ermənistan parlamentinə təqdim edib.
Leyla Kamil
Leqal.info