Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Xilaskar İsa Məsih Məbədində oxuduğu xütbə zamanı rusları və ukraynalıları sülhə çağırıb.

“Rusiya dövləti taleyüklü çağırışlarla qarşı-qarşıyadır. Bu çağırışlara tarixi Rusiya xalqlarının, həmçinin rus, ukraynalı və belarus xalqlarının münasibətlərini gücləndirəcək cavab tapmaq lazımdır. Bu xalqlar qardaşlararası çəkişmələrə son qoymalı və təxribatlara uymamalıdırlar.
“Bizim kilsəmiz bütün Rusiyanın kilsəsidir. İstər Rusiya, istər Ukrayna, istər Belarus, istərsə də tarixi Rusiyaya daxil olan başqa dövlətlər və xalqlar bizim xidmət apardığımız yerdir. Bu o deməkdir ki, bizim dualarımız yaranan problemləri izləməlidir ki, Allah ilk öncə insanları barışdırsın”- deyə Patriarx Kirill qeyd edib.
Leyla Kamil
Leqal.info