Ukrayna parlamentinin Korrupsiyaya qarşı mübarizə komitəsinin rəhbəri Anastasiya Radina Ukrayna Müdafiə Nazirliyinin Dövlət Satınalmaları Departamentinin rəhbəri Boqdan Xmelnitskinin vəzifəsindən azad edildiyi barədə məlumat verib.

Leqal.info xəbər verir ki, həmçinin Anastasiya Radina “Müdafiə Nazirliyinin tədarük departamentinin direktoru Xmelnitski və nazir müavini Şapovalov işdən çıxarılıb” –deyə qeyd edib.
Qeyd edək ki, B.Xmelnitskinin adı daha öncə korrupsiya ilə bağlı hallanmışdı. Məmurun adı 2022-ci ilin avqustunda, yəni hərbi sursatın əldə edilməsi zamanı nazirliyin vəsaitindən 580 min ABŞ dollarının mənimsənilməsi məsələsində aşkar olunub.
Leyla Kamil
Leqal.info