Əfqanıstanın 34 əyalətindən 24-də anomal şiddətli soyuq hava səbəbilə 150-dən çox yaşayış binası dağılıb, çoxlu seyda mal-qara tələf olub.

Leqal.info xəbər verir ki, ölən 170 nəfərdən 50-si uşaqdır.
Son illərin ən soyuq qışı olan bu mövsümdə yanvar ayının əvvəlində havanın temperaturu -28 dərəcəyə, ölkənin bəzi yerlərində isə -34 dərəcəyə kimi enib.
Ölkədə bu cür hava şəraitindən ən çox əziyyət çəkən evlərini isitməyə imkanı olmayan kənd sakinləridir. Belə kəskin soyuq hava şəraitində ölkə aclıq təhlükəsi ilə qarşı-qarşıya qala bilər.
Leyla Kamil
Leqal.info