“Sputnik Armenia” Ermənistan İstintaq Komitəsinin ötən gün bir hərbçinin yaralanması faktı ilə əlaqədar cinayət işi açdığı barədə məlumat yayıb.

Leqal.info-nun əldə etdiyi məlumata görə, ötən gün günorta saatlarında saxlanılan şəxsin hərbçi yoldaşına aid olan avtomatı boşaldarkən ona atəş açması nəticəsində A.A adlı hərbi qulluqçu başından yaralanıb.
Əməliyyat olunan hərbçinin vəziyyəti ağırdır.
Sözügedən faktla bağlı cinayət işi başladılıb.
Elnurə Fərhadqızı
Leqal.info