Fələstinin “Al Rai” agentliyi Şərqi Qüdsün Cəbəl əl-Mukabir məhəlləsində fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında baş verən toqquşma barədə məlumat yayıb.

Leqal.info xəbər verir ki, yerli əhalinin İsrail hakimiyyətinin siyasətinə etiraz kimi tətilə başladığı, ərəblərin bir çox küçələri bağladığı bildirilib.
Toqquşma zamanı ölən və yaralananlar barədə məlumat yoxdur.
Leyla Kamil
Leqal.info