ABŞ dövlət katibi Entoni Blinken Fələstin Prezidenti Mahmud Abbasla danışıqlardan sonra Fələstinə ABŞ tərəfindən 50 milyon dollar vəsait ayırıldığını bildirib.

Leqal.info xəbər verir ki, bu məbləğin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə ayrılmış vəsaiti tamamlayacağı, həmçinin ABŞ Fələstin torpaqlarının sakinlərinə dördüncü nəsil (4G) internet xidmətlərinin göstərilməsini asanlaşdıracağı ABŞ dövlət katibi tərəfindən qeyd olunub.
Yanvarın 29-dan 31-nə kimi Yaxın Şərq turnesində olan Blinken artıq Misir və İsrailə səfər edib.
Leyla Kamil
Leqal.info