ABŞ prezidenti Co Baydenin vəkili Bob Bauer Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən Baydenin Delaver Ştatının Rehobot-Biç şəhərində yerləşən evində aparılan axtarışlar zamanı heç bir məxfi sənədin aşkarlanmadığını bildirib.

Leqal.info xəbər verir ki, təqribən 4 saat çəkən axtarış prosesindən Baydenin xəbəri olduğu onun vəkili Bob Bauer tərəfindən qeyd olunub.
Hələ ki axtarışla əlaqədar FTB tərəfindən şərh verilməyib, eyni zamanda Bauerin sözlərinə əsasən, təhlükəsizliyin təmin olunması üçün ictimaiyyət öncədən bu barədə məlumatlandırılmayıb.
ABŞ prezidentinin 2009-2017-ci illər ərzində vitse-prezident olduğu dövrə məxsus bəzi əlyazmalar və materialların əlavə tədqiqat məqsədilə götürüldüyü qeyd olunub.
Leyla Kamil
Leqal.info