"Leqal.info" “Reuters”ə istinadən xəbər verir ki, Ağ Ev Baydenin səhhəti ilə bağlı hazırkı vəziyyəti açıqlayıb.
Məlumata görə, Bayden xəstəliyi yüngül simptomlarla keçirir. Bildirilib ki, Prezident təcrid olunmuş vəziyyətdə olsa da, işləməyə davam edəcək.
Rəsmi tviter hesabından qısa video yayımlayan Bayden özü də səhhətinin yaxşı olduğunu bildirib.
Ağ Evin həkimi Kevin O'Konnorun sözlərinə görə, 79 yaşlı Baydendə hazırda burun axması, yorğunluq və arabir quru öskürək müşahidə edilir