Avstriya Xarici İşlər Nazirliyi Avstriya hökumətinin 4 nəfər rus diplomatını “arzuolunmaz şəxs” elan etməsi barədə məlumat yayıb.

Leqal.info xəbər verir ki, “Avstriyadakı Rusiya səfirliyinin iki diplomatı diplomatik statusa uyğun olmayan hərəkətlər edib. Buna görə də onlar Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə görə “persona non qrata” elan edilir. Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin iki diplomatı Baş Qərargah Sazişinə uyğun olmayan hərəkətlərə yol verib. Onlar, eyni zamanda Avstriya Respublikasını tərk etməli olacaqlar. Dörd rusiyalı diplomat ən geci bir həftə ərzində, yəni 2023-cü il fevralın 8-nə kimi Avstriya Respublikasını tərk etməlidir”-Avstriya Xarici İşlər Nazirliyindən bildirilib.
Elvin Mahmudlu
Leqal.info