“The New York Times” Rusiya Silahlı Qüvvələrinin Ukraynada həlak olan və yaralanan əsgərlərin sayının 200 minə çatdığı barədə yazıb.

Leqal.info xəbər verir ki, Rusiyanın Ukrayna müharibəsindəki itkilərinin ABŞ-ın Əfqanıstan müharibəsində 20 il ərzində verdiyi itkilərdən 8 dəfə çox olduğu qeyd edilib.
“The New York Times” Ukraynadakı müharibənin 8 milyondan artıq sovet əsgərinin həlak olduğu İkinci Dünya Müharibəsinə bənzədiyini, Rusiya Prezidentinin Ukraynada yüz minlərlə itkiyə hazır olduğunu, bununla birlikdə daha çox itki verməyin Putinin siyasətini sarsıda biləcəyini bildirib.
Elnurə Fərhadqızı
Leqal.info