Caysvant Sinqx Çeil adlı şəxs 25 dekabr 2021-ci il tarixində mərhum monarx II Elizabeti Vindzor qəsrində olduğu zaman onu öldürmək istəyib.

Leqal.info xəbər verir ki, sözügedən şəxs bu gün 1842-ci il Xəyanət Aktının ikinci maddəsi üzrə, hücum silahına sahib olmaq və öldürməklə hədələməklə əlaqədar olan ittihamları boynuna alıb.
Vindzor qəsrinə arbaletlə silahlanaraq getmiş və mühafizə zabitinə “Mən kraliçanı öldürməyə gəlmişəm” deyən 21 yaşlı gənc 1981-ci ildən bəri Böyük Britaniyada dövlətə xəyanətdə mühakimə edilən ilk şəxsdir.
Qeyd edək ki, kraliçanı öldürməyə cəhd etmiş bu şəxs barədə martın 31-də məhkəmədə hökm oxunmalıdır.
Leyla Kamil
Leqal.info