Fransada şiddətli yanğın səbəbilə ziyan dəymiş və bərpası davam edən Notr-Dam kilsəsinin 2024-cü ilin sonunda ziyarətçilərə açıq elan ediləcəyi planlaşdırılır.

Leqal.info xəbər verir ki, Fransa Mədəniyyət Nazirliyi yenidənqurmanın sürətlə inkişaf etdiyini, konstruksiya üçün 500 palıd ağacının, örtük və bəzəyə görə 250 ton qurğuşun istifadə olunduğunu bildirib.
Qeyd edək ki, ciddi zərər çəkmiş Notr-Dam kilsəsi 2019-cu ilin aprelində yanıb.
Leyla Kamil
Leqal.info