Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Krıma zərbələr endirsə, danışıqların olmayacağını, yalnız Kiyevin nəzarətində olan bütün ərazilərə qisas zərbələri endiriləcəyini bildirib.

“Bu halda heç bir danışıq baş tutmayacaq, ancaq qisas zərbələri olacaq. Kiyevin nəzarətində olan bütün Ukrayna yanacaq. Bizim cavabımız hər şey ola bilər. Bu haqda Rusiya Prezidenti qəti şəkildə bildirib”, -Medvedev Krıma zərbələr endirməklə Rusiyanın Ukrayna ilə danışıqlara məcbur olub-olmayacağı ilə əlaqədar olan suala cavabında deyib.
Leqal.info xəbər verir ki, Medvedev Rusiyanın özünə heç bir məhdudiyyət qoymadığını, təhdidlərin xarakterindən asılı olaraq doktrinal sənədlərə, eyni zamanda nüvə təhlükəsinin qarşısının alınmasının əsaslarına uyğun şəkildə bütün növ silahlardan istifadə etməyə hazır olduğunu, cavabın tez, sərt və inandırıcı olacağını vurğulayıb.
Elvin Mahmudlu
Leqal.info