Ukrayna Prezidenti Vladimir Zelenski “Twitter” hesabında Böyük Britaniya Baş naziri Rişi Sunakla olan telefon danışığı barədə yazıb.

“Rişi Sunakla danışarkən ukraynalı hərbçilərin “Challengers” tanklarında təlimlərə başlaması ilə bağlı ona təşəkkür etdim. Biz Ukrayna ordusunun imkanlarının daha da təkmilləşdirilməsi, qısa və uzunmüddətli perspektivdə Ukraynaya universal dəstək barədə söhbətləşdik”, - Zelenski qeyd edib.
Zelenski, eyni zamanda 2024-cü ildə Parisdə baş tutacaq Olimpiya Oyunlarında rusiyalı idmançıların iştirak etməməli olduqlarını, xüsusilə, bildirib.
Leyla Kamil
Leqal.info