Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ baş vermiş 10 əyalətdə fövqəladə vəziyyət elan edildiyini bəyan edib.

Leqal.info xəbər verir ki, Ərdoğan fövqəladə vəziyyət rejiminin zəlzələ baş vermiş 10 əyalətdə tətbiq olunmaqla birlikdə, 3 ay davam edəcəyini bildirib.
Qeyd edək ki, son məlumatlara əsasən, 10 əyaləti əhatə edən zəlzələ nəticəsində 3549 nəfər həyatını itirib, 22168 nəfər yaralanıb.
Elnurə Fərhadqızı
Leqal.info