Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) millət vəkili Yakup Taş fevralın 6-da Adıyaman şəhərində baş vermiş zəlzələ nəticəsində həyatını itirib.

Leqal.info xəbər verir ki, Dağıntılar altından meyiti çıxarılan Yakup Taş Türkiyə Böyük Millət Məclisində (TBMM) Adıyaman şəhərini təmsil edirdi.
Bildirək ki, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində indiyə kimi 3549 nəfər həyatını itirib, 22168 nəfər yaralanıb, 5775 bina dağılıb.
Elvin Mahmudlu
Leqal.info