Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib.

Leqal.info xəbər verir ki, Süleyman Soylu Türkiyədə baş verən hər bir təbii fəlakətə görə Azərbaycanın hər zaman yardım etdiyini bildirib:
“Bütün fəlakətlər, həmçinin meşə yanğınlarında qardaş Azərbaycanın dəstəyi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. İlk Azərbaycan yardıma gəldi. Hal-hazırda olduqca əhəmiyyətli bir yerdə axtarış-xilasetmə işlərini davam etdirməklə birlikdə, xidmətləri ilə ürəyimizə böyük bir istilik bəxş edir. Çox sağ olun”.
Bildirək ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində yaranmış dağıntıların aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən Türkiyəyə 420 nəfərlik xilasedici və 52 nəfərlik tibb heyəti yola salınıb.
Leyla Kamil
Leqal.info