Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələ nəticəsində ölənlərin sayının 6234 nəfərə çatdığı, 37 011 nəfərin yaralandığı barədə məlumat yayıb.

Leqal.info xəbər verir ki, sözügedən zəlzələ fevralın 6-da Türkiyənin cənub şərqində 7,7 bal gücündə baş verib.
Şiddətli zəlzələ Türkiyənin 10 vilayətini və 13,5 milyon insanı əhatə edib.
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən ölkədə 7 günlük milli yas elan edilib.
Eyni zamanda zəlzələnin baş verdiyi 10 əyalətdə 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Leyla Kamil
Leqal.info