Bosniya və Herseqovinanın Nazirlər Şurasının növbədənkənar iclasında Türkiyəyə maddi yardım ayırılması barədə qərar qəbul olunub.

“Türkiyənin cənub-şərqində olmuş dağıdıcı zəlzələnin vurduğu ziyanın aradan qaldırılmasında Türkiyə Respublikasına yardım məqsədilə cari büdcə ehtiyatındam 100000000 KM-nin (10 milyon TL) təsdiq olunması haqqında qərar qəbul edilib.
Leqal.info xəbər verir ki, Qərar qəbul edildiyi gündən qüvvəyə minir”, -Nazirlər Şurasının yaydığı məlumatda qeyd edilib.
Leyla Kamil
Leqal.info