Leqal.info xəbər verir ki, Aİ liderlərinin sammiti Türkiyə və Suriyada zəlzələ qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb.
“Fikirlərimiz yas tutan ailələr və xəbər gözləyənlərlədir. Aİ tam həmrəylik nümayiş etdirir”, - Şarl Mişel qeyd edib.
Avropa İttifaqı sammitinin iştirakçılarının Ukrayna Prezidenti Vladimir Zelenski ilə Ukraynanı dəstəkləməyin ən yaxşı üsulunun müzakirə olunacağı sammitdə, eyni zamanda rəqabət qabiliyyətinin və vahid bazarın inkişaf etdirilməsi ilə əlaqədar müzakirələr ediləcək.
Elnurə Fərhadqızı
Leqal.info