Leqal.info xəbər verir ki, Türkiyənin Kahramanmaraş şəhərində baş verən yeraltı təkanların ən şiddətli zəlzələlərdən olduğunu qeyd edən, eyni zamanda Türkiyədə və Suriyada olan zəlzələlərdə dünyasını dəyişənlərin ailələrinə başsağlığı verən Ned Prays 3 nəfər ABŞ vətəndaşı da daxil olmaqla çox sayda insan itkisinin olduğunu, həyatını itirənlərin sayının zaman keçdikcə artdığını qeyd edib.
ABŞ-ın 200 nəfərlik yardım komandasının zəlzələ bölgəsində çalışdığı bildirən ABŞ Dövlət Departamentinin sözçüsü, eyni zamanda ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu ilə telefonla danışdığını və onların ABŞ hökumətinin zəlzələ bölgəsinə dəstəyini davam etdirməsi ilə əlaqədar fikir mübadiləsində olduqlarını qeyd edib.
Bundan əlavə, Ned Prays sərhəd qapılarını humanitar yardıma açan Türkiyəni təqdir etməklə birlikdə, zəlzələdən zərərçəkən digər bir ölkəyə-Suriyaya da yardım etdiklərini bildirib.
Leyla Kamil
Leqal.info