Adıyamanda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 94 ayrı ölkədən yardım təklifləri gəldiyini, 141 mindən artıq şəxsi heyətin zəlzələ bölgəsində çalışmasına baxmayaraq, vaxtında müdaxilədə çətinliklər olduğunu bildirib:
“Hazırda xaricdən və ölkəmizin dörd bir yanından ölkəmizə yardımlar göndərilir”.


Leqal.info xəbər verir ki, Türkiyə dövlət başçısı bütün vətəndaşlara müraciət edib: “AFAD-la və ya Qızıl Aypara ilə əlaqə yaratmadan yardım toplayıb yola çıxmayın. Önümüzdəki aylarda yarana biləcək ehtiyaclara görə yardımların koordinasiyalı olması çox vacibdir. AFAD-a göndərilən maddi yardımların hamısı zəlzələ bölgəsinə xərclənir”.
Ərdoğan, həmçinin zəlzələdən zərərçəkənlərə bir illik kirayə pulunun veriləcəyini bildirib.
Elvin Mahmudlu
Leqal.info