ABŞ-ın sabiq prezidenti Donald Trampa məxsus iqamətgahda əlavə məxfi sənədlər tapılaraq onun vəkilləri tərəfindən Federal Təhqiqatlar Bürosunun (FTB) mütəxəssislərinə təhvil verilib.

Leqal.info xəbər verir ki, keçən ilin dekabrında Trampın Floridada yerləşən Mar-a-Laqo malikanəsində tapılan məxfi sənədlərdən əlavə, sabiq prezidentin köməkçilərindən birinə aid olan noutbuk və üzərində “gizli axşam brifinqi” yazılmış boş qovluq da aşkarlanıb.
Tapılan sənədlər, noutbuk, eləcə də boş qovluq Trampın vəkilləri tərəfindən Federal Təhqiqatlar Bürosunun (FTB) mütəxəssislərinə təslim edilib.
Leyla Kamil
Leqal.info