İtaliya Xarici İşlər Nazirliyi mərkəzi Kahramanmaraş olan şiddətli zəlzələ ilə bağlı Türk Qızıl Aypara Cəmiyyətinin fövqəladə işlərinə dəstək olmaq məqsədilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına maddi yardım etdiyi barədə açıqlama verib.

Leqal.info xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyi açıqlamasında qeyd edib:
“Fevralın 6-da Türkiyə və Suriyada baş verən, minlərlə insanın həlak olduğu və yaralandığı, infrastruktur və binaların dağılması və zədələnməsi ilə nəticələnən olduqca güclü zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə baş nazirin müavini və Xarici İşlər Naziri Antonio Tajaninin təklifi ilə “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına ümumilikdə 1 milyon 750 min avro yardım edilib”.
1 milyon 750 milyon avro məbləğində yardımın 1 milyonunun Türk Qızıl Aypara Cəmiyyətinin fəaliyyətlərinə, 750 mininin isə Suriya Qızıl Aypara Cəmiyyətinə edildiyi açıqlamada qeyd olunub.
Leyla Kamil
Leqal.info