Leqal.info xəbər verir ki, Zelenski səfirliyin önünə gül qoyub və matəm kitabına baş vermiş fəlakətlə əlaqədar yazı yazıb.
“Şəxsən öz adımdan və Ukrayna xalqı adından səmimi başsağlığımı qəbul edin. Bir anda bu qədər insan tələfatına səbəb olan dəhşətli faciə ürəyimizdə dərin bir ağrı yaratdı. Türk xalqının dərdini bölüşür, bu ağır gündə kömək edirik. Həyatını itirənlərin ruhu şad olsun. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirik”, - Ukrayna dövlət başçısı qeyd edib.
Leyla Kamil
Leqal.info