"Nikos Dendiasın bu gün burada olması Yunanıstanın Türkiyə ilə həmrəy olduğunun rəmzidir".
Leqal.info xəbər verir ki, Mövlud Çavuşoğlu, həmçinin zəlzələ olanda ilk zəng edən və kömək təklif edən ölkələrdən birinin Yunanıstan olduğunu qeyd edib:
“İlk andan etibarən yunan axtarış və xilasetmə qrupları burada çalışırlar. Yaxşı qonşuluq bu cür günlərdə bəlli olur.
Əlaqələrimizi inkişaf etdirmək üçün digər bir zəlzələni və təbii fəlakəti gözləmək lazım deyil. Fikir ayrılığımız olan məsələləri də danışıb həll edəcəyimizə ümid edirəm. Bütün yunan xalqına bu ağır zamanlarda bizə verdikləri dəstək üçün təşəkkür edirəm.
Leyla Kamil
Leqal.info