Diplomatik nümayəndəliyin saytında dərc olunmuş məlumatda ABŞ-ın Rusiyadakı səfirliyinin vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə səsləməsi qeyd olunub.

Leqal.info xəbər verir ki, məlumatda ABŞ vətəndaşlarının Ukraynada davam edən münaqişənin gözlənilməz nəticələri ilə qarşılaşmamaları üçün Rusiyaya səyahət etməkdən çəkinmələri ilə yanaşı, Rusiyada yaşayan Amerika vətəndaşlarına isə ölkəni dərhal tərk etmək ilə bağlı xəbərdarlıq olunub.
Rusiyada yaşayan yaxud hazırda səfərdə olan ABŞ vətəndaşlarının isə həbs edilmə riski səbəbilə dərhal ölkəni tərk etmələri barədə səfirlik tərəfindən vətəndaşlara xəbərdarlıq edilib.
Eyni zamanda Rusiyanın ABŞ vətəndaşlarının ikilivətəndaşlığını tanımamaları, onları konsulluğun xidmətlərindən məhrum etmələri, ölkəni tərk etmələrinin qarşısını almaları, hərbi əməliyyatlarda iştirak etmək məqsədilə orduya səfərbər edə bilmələri ehtimalı qeyd edilib.
Leyla Kamil
Leqal.info