Fransa Xarici İşlər Nazirliyi Fransanın öz vətəndaşlarını Belarusu tərk etməyə çağırması ilə bağlı məlumat yayıb.

Leqal.info xəbər verir ki, Fransa XİN Rusiyanın Ukrayna əleyhinə başlatdığı silahlı hücum və Belarusun hava məkanının bağlanması kontekstində Belarusa hər hansı bir səyahəti rəsmi şəkildə tövsiyə etmədiyini bildirib.
“Belarusdakı fransızları Polşa, Litva və ya Latviya ilə sərhəd-keçid məntəqələri vasitəsi ilə avtomobil yolu ilə gecikmədən ölkəni tərk etməyə səsləyirik. Ehtiyac yaranarsa, hava yolu ilə tərk etmək istəyən sərnişinlər çıxış vizası üçün Belarus Daxili İşlər Nazirliyinə müraciət etməlidir.
Litva və Latviya ilə sərhədlər açıqdır. Polşaya gedənlər üçün hazırkı tək keçid məntəqəsi Brest-Terespoldur”, -Fransa Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Leyla Kamil
Leqal.info