NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın müdafiə nazirlərinin sabah olacaq iclasından əvvəl keçirdiyi brifinqdə NATO-nun Türkiyənin yanında olduğunu bildirib.

“Müttəfiqlərimiz tərəfindən şiddətli zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə yardım məqsədilə minlərlə xilasedici göndərilib. Biz, eyni zamanda sığınacaqların təmin olunması ilə bağlı işlər görürük. Müttəfiqimiz Türkiyə ilə həmrəyik və onun yanındayıq”, - Stoltenberq vurğulayıb.
Leyla Kamil
Leqal.info