İsveç Baş nazirinin rəsmi “Twitter” hesabında İsveç Baş nazirinin Ulf Kristerrsonun Ukrayna səfər etməsi barədə paylaşım edilib.

“Bu gün Kiyevdə Prezident Zelenski ilə görüşdə İsveçin və Avropa İttifaqının Ukraynaya sarsılmaz dəstəyini yenidən ifadə etdim. Dəstəyimiz Ukraynanın ehtiyacı olduğu müddətcə davam edəcək. Rusiyanın qanunsuz işğalçı müharibəsi nəticəsində Borodianka və ətraf ərazilərdəki dağıntılardan olduqca təsirləndim. Buna səbəb olanlar cavab verəcəklər”, -Baş nazir qeyd edib.
Leyla Kamil
Leqal.info