Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, İrkutsk vilayətində fərdi evdə yanğın baş verib.

Leqal.info xəbər verir ki, yanğın yerində axtarışlar zamanı ikisi qadın, üçü kişi olmaqla 5 nəfərin meyiti aşkarlanıb.
Qonşu evlərdən 6 nəfərin təxliyə olunduğu bildirilir.
Sözügedən hadisəyə nəyin səbəb olduğu aydınlaşdırılır.
Elnurə Fərhadqızı
Leqal.info