Kolumbiya Prezidenti Qustavo Petro polisə verdiyə ifadələr səbəbilə Peru Konqresi tərəfindən ölkədə “persona non qrata” (arzuolunmaz şəxs) elan edilib.

Leqal.info xəbər verir ki, Konqresin ümumi iclasında keçirilən səsvermədə 72 nəfərin qərarın lehinə, 29 nəfərin əleyhinə səs verdiyi, 7 nəfərin isə bitərəf qaldığı bildirilib.
Xatırladaq ki, fevralın 12-də Kolumbiya Prezidenti Qustavo Petro Peruda hökumətə qarşı keçirilən aksiyalar ilə bağlı verdiyi bəyanatda Peru Milli Polisinin Amerika Konvensiyasını pozduğunu və vətəndaşlara qarşı nasistlər kimi yürüş etdiyini bildirmişdi.
Elvin Mahmudlu
Leqal.info