ABŞ-da tez-tez baş tutan silahlı hücumlar ABŞ Prezidenti Co Bayden tərəfindən “epidemiya” kimi adlandırılıb.

Leqal.info xəbər verir ki, Bu tipli hallara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə səsləyən Co Bayden 2023-cü ilin başlanğıcından bəri ABŞ-da minimum 73 kütləvi silahlı atışma hadisəsi olub.
“Fikirlər və dualar kifayət deyil. Silah zorakılığı “epidemiya”dır və Konqres hərəkətə başlamalıdır”, - ABŞ Prezidenti bildirib.
Bildirək ki, fevralın 17-də ABŞ-ın Missisipi ştatında baş verən silahlı atışma nəticəsində 6 nəfər ölüb, polis tərəfindən şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar davam edir.
Elvin Mahmudlu
Leqal.info