ABŞ-ın Neşvil (Tennesi ştatı) şəhərində ticarət mərkəzində atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, atışma nəticəsində 4 nəfər yaralanıb.

Bildirilir ki, atəş açan şəxslərdən biri saxlanılıb, digərinin isə axtarışları davam edir.