NATO Baş katibi Yens Stoltenberqin Finlandiya Prezidenti Sauli Niinistö və İsveç Baş naziri Ulf Kristerssonla görüşü baş tutub.

Leqal.info xəbər verir ki, Stoltenberq görüşlə bağlı “Twitter” də yazıb.
“Türkiyə səfərimdən sonra Finlandiya Prezidenti Sauli Niinistö və İsveç Baş naziri Ulf Kristerssonla gözəl bir görüşümüz oldu. NATO müttəfiqləri Finlandiya və İsveçi üzv olmağa dəvət etmək məqsədilə tarixi qərar qəbul ediblər. Onlar hal-hazırda daha təhlükəsizdir və mən onların hər ikisini tam üzv kimi qarşılamağı səbirsizliklə gözləyirəm”, - Stoltenberq bildirib.
Elvin Mahmudlu
Leqal.info