“Xarici işlər nazirliyinin tabeliyində olan və Sabina Frederikin idarə etdiyi Argentinanın Beynəlxalq Əməkdaşlıq və Humanitar Yardım Agentliyinin rəhbərliyi öz ərazilərində hərbi münaqişədən zərər çəkmiş ukraynalılara yardımın 12-ci partiyasının göndərilməsi ilə əlaqədar dəstək olub”, - məlumatda qeyd edilib.
Leqal.info xəbər verir ki, Humanitar yardımın Argentinada yaşayan Ukrayna diasporu tərəfindən toplandığı və yardıma, xüsusilə də Argentina əczaçılıq şirkəti tərəfindən verilən dərmanların daxil olduğu qeyd olunub.
Yardımın əvvəl Polşaya çatdırılacağı, oradan isə Kiyevə göndəriləcəyi bildirilib.
Leyla Kamil
Leqal.info