Gürcüstan səhiyyə naziri Zurab Azaraşvili Gürcüstanın Türkiyədə şiddətli zəlzələdən zərərçənlərə kömək məqsədilə 7 yük maşını ilə 100 tondan artıq humanitar yardım göndərdiyini açıqlayıb.

Leqal.info xəbər verir ki, müxtəlif təyinatlı mallardan ibarət olan humanitar yardımın ötən gün Türkiyəyə yola salındığını bildirən Zurab Azaraşvili humanitar yardıma ərzaq, uşaq qidaları, quru qidalar, gigiyena vasitələri, çadırlar, isti paltarlar, müxtəlif tibbi ləvazimatlar və xilasetmə işləri üçün vacib olan əşyaların daxil olduğunu bildirib.
Sözügedən yardımın gecə saatlarında Ankaraya çatacağı və yerli hökumətin tələbi ilə paylaşdırılacağı Gürcüstan səhiyyə naziri tərəfindən bildirilib.
Leyla Kamil
Leqal.info