Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 2024-cü il fevralın 24-dək uzadılması barədə qərarını təsdiqləyib və həmin qərar “Avropa İttifaqının rəsmi jurnalı” nda nəşr olunub.

Leqal.info xəbər verir ki, Qərarda məhdudlaşdırıcı tədbirlərin 24 fevral 2024-cü ilə kimi uzadıldığı qeyd olunub.
Sözügedən qərarın “Avropa İttifaqının rəsmi jurnalı”nda dərc edildiyi gündən bir gün sonra qüvvəyə mindiyi bildirilib.
Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısına 171 şirkət və 1 386 fiziki şəxs daxildir.
Elvin Mahmudlu
Leqal.info