Türkiyə mediası Türkiyədə dünən axşam saatlarında baş verən iki zəlzələdə həyatını itirənlərin sayının 6-ya çatdığını bildirib.

Leqal.info xəbər verir ki, zəlzələlər nəticəsində 300-ə yaxın insanın yaralandığı bildirilir.
Qeyd edək ki, dünən baş verən ilk zəlzələ Hatay vilayətinin Defne rayonunda 6,4 bal gücündə olub.
Hatayın Samandağ rayonunda isə 5,8 bal gücündə zəlzələ baş verib. Eyni zamanda iki zəlzələnin ardınca afterşokların qeydə alındığı bildirilib.
Leyla Kamil
Leqal.info