Yunanıstanda səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken “Twitter”də ABŞ-Yunanıstan Strateji Dialoqunun keçirilməsi barədə yazıb.

Leqal.info xəbər verir ki, ABŞ-Yunanıstan əlaqələrindən hər zamankından daha güclü olduğunu qeyd edən Blinken 2021-ci ilin oktyabrında iki ölkə arasında müdafiə münasibətlərinin əsasını əhatə edən yenilənmiş ABŞ-Yunanıstan Qarşılıqlı Müdafiə Əməkdaşlığı Sazişini imzaladığı barədə xatırlatma edib.
Elvin Mahmudlu
Leqal.info