Leqal.info xəbər verir ki, Zəlzələnin ən güclü təsir etdiyi bölgələrdən olan Hataya gedən Blinken oradakı dağıntıların miqyasının olduqca böyük olduğunu qeyd edib: “Orada gördüklərimi kəlmələrlə ifadə etmək çətindir. Böyük məhəllələr, şəhərlər olduqca böyük zədələr alıb, binalar yerlə yeksan olub”.
ABŞ-ın zəlzələdən qısa zaman sonra Türkiyəyə dəstək göndərdiyini qeyd edən Blinken ABŞ-ın indiyə kimi Türkiyə və Suriyaya 85 milyon dollar yardım ayırdığını və yaxın günlərdə də 100 milyon ayrılacağını vurğulayıb.
Elvin Mahmudlu
Leqal.info