Gürcüstan hökumət administrasiyası Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfərə getməsi ilə bağlı məlumat yayıb.

Leqal.info xəbər verir ki, İrakli Qaribaşvilinin Türkiyə Prezidenti Ərdoğanla təkbətək görüş keçirəcəyi, həmçinin Baş nazirin zəlzələ bölgəsi olan Hatay vilayətinin Antakya şəhərini ziyarət edəcəyi bildirilib.
Gürcüstanın Baş naziri İrakli qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinə daxili işlər naziri Vaaxtanq Qomelauri, hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze, Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəisi Teymuraz Mğebrişvili və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqol Liluaşvili daxildir.
Leyla Kamil
Leqal.info