Türkiyə Prezident Administrasiyası Türkiyə Prezidenti Ərdoğan və Ukrayna dövlət başçısı Vladimir Zelenski arasında telefon danışığı baş tutduğu barədə məlumat yayıb.

Leqal.info xəbər verir ki, İki dövlət başçısı Türkiyədə baş vermiş zəlzələlər, habelə bu gün birinci ildönümü olan Rusiya-Ukrayna müharibəsinə aid prosesləri müzakirə ediblər.
Zəlzələ ilə bağlı Türkiyənin yanında olan Zelenskiyə minnətdarlığını ifadə edən Ərdoğan Rusiya-Ukrayna müharibəsində atəşkəs və sülhün əldə edilməsi məqsədilə əlindən gələn dəstəyi verməyə hazır olduğunu Ukrayna Prezidentinə bildirib.
Elvin Mahmudlu
Leqal.info