Türkiyənin milli təhsil naziri Mahmut Özer bu gün Türkiyənin Malatya bölgəsində baş vermiş zəlzələ nəticəsində 22 binanın dağıldığını bildirib.

Leqal.info xəbər verir ki, zəlzələ nəticəsində 1 nəfərin öldüyü, 69 nəfərin yaralandığı AFAD rəhbəri Yunus Sezer tərəfindən qeyd olunub.
Qeyd edək ki, bu gün Malatyanın Yeşilyurt rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.
Leyla Kamil
Leqal.info