Ukraynanın Nikolayev vilayətinin Rusiya Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 2 nəfər ölüb.

Leqal.info xəbər verir ki, bu haqda vilayətin hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib.

Məlumatda səhər saatlarında Kutsurub yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 1978 və 1980-ci il təvəllüdlü kişi və qadının həlak olduğu qeyd olunub.

Sözügedən məlumatda, eyni zamanda 7 yaşlı uşağın təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığı və bundan başqa 2 nəfərin yaralandığı bildirilib.


Leyla Kamil
Leqal.info