Polşa yaxın günlərdə Ukraynaya dörd ədəd MiQ-29 qırıcı təyyarəsi göndərəcək.


Leqal.info xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında çıxışı zamanı Polşa Prezidenti Andjey Duda söyləyib.

Polşa dövlət başçısı hazırda ölkəsinin Silahlı Qüvvələrinin anbarlarında 10-dan çox bu tip qırıcı təyyarə olduğunu bildirib: “Yaxın bir neçə gün ərzində biz tam istismara yararlı dörd ədəd təyyarəni Ukraynaya göndərəcəyik”.

Duda, həmçinin digər qırıcı təyyarələrə hazırda texniki xidmət göstərildiyini və onların da istifadə üçün hazırlanaraq təhvil veriləcəyini qeyd edib.

Leyla Kamil
Leqal.info