İsrail Silahlı Qüvvələrinə məxsus “Dəmir qübbə” (İron Dome) sistemi Qəzza zolağında HƏMAS təşkilatına məxsus pilotsuz uçuş aparatı (PUA) vurub.

Leqal.info xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti bildirib.

MN sözçüsü PUA-nın İsrail ərazisinə keçməsinin qarşısı alındığını, Qəzza səmasının cənub hissəsində vurulduğunu qeyd edib.

Qeyd edək ki, İsrail mediası partlayış səslərinin Eşkol Regional Şurasında eşidilməsi ilə bağlı məlumat yayıb.

Leyla Kamil
Leqal.info